|
 İATM Məzun-2013 ümumrespublika yarmarkasında iştirak etdi
Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilmiş Məzun-2013 ümumrespublika yarmarkası bir sıra yerli və beynəlxalq şirkətlərlə yanaşı, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi də iştirak etmişdir. Yarmarkada mühasibat uçotu, maliyyə, eləcə də marketinq ixtisasları üzrə təhsilini başa vurmuş oğlan və qızlara təlimçi və marketinq mütəxəssisi vəzifələri üzrə bir neçə vakant yer təklif olunmuşdur.
Bununla bərabər məzun yarmarkasında gənclərə İATM-ın iştirak etdiyi layihələr, göstərdiyi xidmətlər barədə məlumatlar verilmiş, mərkəzin fəaliyyətinə aid qısa təqdimat keçirilmişdir.
... | | Ətraflı |
|
 İATM Azərbaycan Memarlıq və İnşaat Universitetində
Martın 15-də İqtisadi Araşdırmalar və Tədris Mərkəzi daha bir Universitetdə tələbələrlə görüşdü. Bu dəfə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinə İATM-ın mütəxəssisləri tərəfindən 2012-ci ildə nəşr edilmiş "Beynəlxalq Uçot və Hesabata Giriş" kitabının təqdimatı keçirildi. Təqdimatı fakültənin dekanı Rahat Qəribov açdı və ölkəmizdə Mühasibat Uçotu işinin təşkilinin Beynəlxalq Standartlara transformasiya olunduğu şəraitdə Azərbaycan dilində yazılmış bu kitabın tələbələr üçün əhəmiyyətindən danışdı. Daha sonra kitabın həmmüəllifi Radil Fətullayev və İATM-ın mühasibat xidmətləri üzrə konsultantı Fərid Abbaslı "Beynəlxalq Uçot və ... | | Ətraflı |
|
 MALİYYƏ HESABATININ BEYNƏLXALQ STANDARTLARININ TƏTBİQİ YERLİ ŞİRKƏTLƏRİN İNKİŞAFINA TƏKAN VERƏ BİLƏR
Bazar iqtisadiyyatı şəraitində müəssisə və təşkilatların sağlam maliyyə mənbələrinin axtarılması, etibarlı tərəfdaşların tapılması, davamlı mənfəətliliyinin təmin edilməsi üçün dürüst və etibarlı informasiya lazımdır. Dürüst və etibarlı informasiya isə müasir standartlara cavab verən uçot və hesabat sistemi vasitəsilə hazırlana bilər. Bu baxımdan ölkədə fəaliyyət göstərən yerli şirkətlərin uçot və hesabatının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılması onların inkişafına təkan verən amillərdən biri ola bilər.
Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) dedikdə müəssisə və təşkilatların maliyyə vəziyyəti, maliyyə nəticələri və maliyyə vəziyyətindəki dəyişiklikləri əks ... | | Ətraflı |
|
 BEYNƏLXALQ MÜHASIBAT UÇOTUNA KEÇİD NİYƏ LƏNGIYIR?
Məqalədə Azərbaycanda beynəlxalq mühasibat siteminə keçidin vəziyyəti, həmçinin beynəlxalq mühasibat uçotuna keçidi ləngidən səbəblərə şərh verilməklə problemdən çıxış yolları göstərilmişdir. O cümlədən beynləlxalq mühasibat sisteminə keçidin faydalarından və iş adamlarının yeni sistemdən əldə edə biləcəkləri səmərələrdən danışılacaqdır.
2001-ci ildən başlayaraq Azərbaycanda BMUS-a keçidlə bağlı iş aparılmaqdadır. 2004-cü ildə qəbul olunmuş Yeni Mühasibat uçotu haqqında Qanun mühasibat uçotuna və maliyyə hesabatlarına qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq konseptual cəhətdən yeni yanaşmanı zəruri etdi. Yeni Qanuna görə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hesabat verməli ... | | Ətraflı |
|
|
|
|
|
|
| Ünvan: | Murtuza Muxtarov 194 |
| Telefon: | 012 480 28 45 070 511 77 31 055 203 07 85 |
| Email: | office@iatm.az |
|
|
|
|